Tel: (+994 12) 440-52-52 / Mob:(+994 50) 440-52-52 info@milliart.az
AZ EN RU
AZ EN RU

Haqqımızda

Bu gün sürətlə inkişaf edən dünyada müasir adı ilə cəmiyyətdə bir çox dəyişikliklər baş verir. Yeniliklər yaşadığımız məkanın görünüşünə də təsir göstərir. Bizim missiyamız hər bir xalqın nümayəndəsi üçün ən yüksək milli dəyərləri, müasirləşdirib qoruyub saxlamaqdır. 
Milliart hər bir vətəndaşın milli mənəvi dəyərlərinə uyğunlaşdıraraq fərqli konsepsiya yaradır. Həm interyer, həm də eksteryer baxımından insanlar doğma ab-havada yaşayaraq, özlərini rahat və komfortlu hiss edəcəklər.
Fərqli sahələrdə çalışan sənətkarlar, öz işinin mütəxəssisləri bu dəyərləri əsas hesab etdikləri üçün Milliart komandasına cəlb olunublar. İstənilən məkanda Sizin bu tərzdəki xidmətlərdən faydalana bilməniz üçün Milliart müasir milli dəyərlərinizi üstün tutaraq bu sahədə etibar edəcəyiniz dizayn layihələrini təqdim edir.
Milliart tərəfindən təklif olunan interyer və eksteryerlərin layihələndirilməsi müxtəlif zövqlərə uyğun dəyərləndirilir. Bu o deməkdir ki, istənilən ölkə vətəndaşı Milliart dizayn studiyasına müraciət edə bilər.
Təkrarolunmaz interyerin tərtibatında Milliart dizayn layihəsi və müxtəlif nəzarəti yetərlidir ki, alınan nəticə gözləniləndən daha artıq olur. Bu gün Milliart - milliliyi qoruyaraq müasirliyə addımlayır.

Milliart - Sizin müasir milli dəyərləriniz!